Rusiya Dövlət Dumasının deputatı Artur Çilinqarov 84 yaşında vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodinin qanunverici orqanın saytında dərc olunmuş nekroloqunda qeyd olunub.

“Gözəl insan, həmkarımız Artur Nikolayeviç Çilinqarov dünyasını dəyişdi”, – nekroloqda nəql edilib.

Qeyd edək ki, Artur Çilinqarov VII və VIII çağırışlarda (2016-2024) Dövlət Dumasının deputatı olub. O, Rusiya Coğrafiya Cəmiyyətinin vitse-prezidenti, Dövlət Qütb Akademiyasının prezidenti olub.