Rusiyadan “Türk axını” ilə Avropaya qaz nəqli aprel ayında rekord səviyyədə qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatında deyilir.

Ötən illə müqayisədə istilik mövsümünün başa çatmasına və Avropanın yeraltı anbarlarından (UGS) qazın çəkilmə müddətinə baxmayaraq, ixrac artmaqda davam edir.

Aprelin 1-dən aprelin 16-dək olan müddətdə “Qazprom” bu yolla 543,3 milyon kubmetr qaz tədarük edib.

 

Gözəl Həşimova