Rusiyadan düyü ixracına qoyulan qadağanın uzadılacağı açıqlanıb.

İqtisadiyyat.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Dmitri Patruşev bildirib.

O qeyd edib ki, yaxın gələcəkdə bu məhsulun istehsalını ixracatçılara xaricə satmaq imkanı verəcək səviyyəyə çatdırmaq planlaşdırılır:

"İşlər gedir, düyü istehsalımız artır, lakin hələ daxili bazarda özümüzü rahat hiss etməyə imkan verəcək rəqəmlərə çatmayıb. Lakin yaxın vaxtlarda bu məhsulun həcmi iki milyon tona çatdırılacaq”, - o deyib.

Qadağa 30 iyun 2024-cü ilə qədər müəyyən edilib.

Ötən ilin iyulundan Rusiya höküməti tərəfindən ölkədən düyü ixracı qadağan edilib.