Ötən il Rusiyadan Tacikistana gedən turistlərin sayı 92,8% artaraq 262,4 min nəfərə çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tacikistan Turizmin İnkişafı Komitəsi məlumat yayıb.
Ümumilikdə ötən il Tacikistana 121 ölkədən turist gəlib. Ən çox turist Özbəkistandan gəlib - 805,9 min nəfər.
Ölkəyə ötən il Qazaxıstandan 31,5 min, Türkiyədən isə 10,8 min turist gedib.
Gözəl Həşimova