Rusiyadan Afrika və Latın Amerikası ölkələrinə reyslərin sayı artırılacaq. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Efiopiyanın dövlət aviaşirkəti olan Efiopiya Hava Yolları Rusiyaya uçuşların sayını artırdığını açıqlayıb.

Belə ki, iyunun 2-dən aviadaşıyıcı Moskvadan Əddis-Əbəbəyə uçuşların tezliyini həftədə üçdən dördə çatdırmağı planlaşdırır. Paytaxtın Domodedovo hava limanından cümə günləri yeni reys planlaşdırılır.

Yeni uçuş sayəsində Afrika, Şimali və Latın Amerikası və Asiya Rusiya üçün daha da əlçatan olacaq.