Rusiyadakı siyasi qeyri-sabitlik və neft tədarükünün pozulması ilə bağlı narahatlıqlar qiymətləri artırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin avqust müqaviləsində bir barelin qiyməti 37 sent bahalaşaraq 74,55 ABŞ dolları olub.

"WTI" markalı neftin iyul müqaviləsində bir barelin qiyməti isə 42 sent artaraq 69,79 ABŞ dollarına çatıb.