Rusiyanın Aramil şəhərindəki zavodların birində yanğın başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Yanğın 3 min kvadratmetr ərazini əhatə edir. 100-dən çox insan ərazidən təxliyə olunub.

İtkilər barədə məlumat verilməyib.

Yanğının hansı səbəbdən başladığı məlum deyil.