Yanvarın 21-dən 28-dək olan dövrdə Rusiyada toyuq yumurtasının pərakəndə satış qiyməti 1,5% azalaraq 131,62 rubl təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Rusprodsoyuz" assosiasiyasının icraçı direktoru Dmitri Vostrikov bildirib.

“Yanvarın 21-nə Rusiyada toyuq yumurtasının orta pərakəndə satış qiyməti 133,63 rubl təşkil edib. Rusiyada toyuq yumurtası ucuzlaşmağa davam edir", - deyə Vostrikov vurğulayıb.

Qeyd edək ki, yanvarın əvvəlindən Rusiyaya ümumilikdə 60,7 milyon yumurta gətirilib. Əsas ixracatçılar Belarus (54 milyon ədəd), Azərbaycan (4,5 milyon) və Türkiyə (2,2 milyon) olub.