İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın əmək və əhalinin sosial müdafiəsi naziri Anton Kotyakov ailələrə dəstək məsələlərinə həsr olunmuş Dövlət Şurasının iclası zamanı deyib.

“2025-ci il yanvarın 1-dən yaşayış minimumunun artması ilə əlaqədar ödənişlərin həcmi 14,8% artacaq, orta hesabla maksimum müavinət ayda 17 mindən çox olacaq”,-deyə o qeyd edib.

Rusiyalı nazir əlavə edib ki, ölkədə hər üçüncü uşaq bu müavinəti alır.