2022-ci ildə Rusiyada televizorların orta qiyməti 2021-ci illə müqayisədə 7-10 faiz artıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 

Qiymətlərin artımına səbəb televizorlara olan tələbatın artmasıdır. Belə ki, televizorlara tələbat 2021-ci illə müqaisədə 12 faiz artıb. 

Seqmentdə ən bahalı televizorlar 50.000 rubla qədər, bəzi LG və Samsung modellərinin orta qiyməti isə 30 faizdən çox artıb. Məsələn, Samsung UE-24N4500 televizoru 2021-ci illə müqayisədə 49 faiz bahalaşıb.