Rusiyanın Sverdlovsk vilayətində səfərbərlik çərçivəsində çağırılan üç rusiyalı ölüb. 

Rusiya Müdafiə Nazirliyinin Poroşino kəndindəki təlim mərkəzinin Yelanski qarnizonunun ərazisində iki çağırışçının öldüyü qeyd olunub. Onlardan biri ürək tutmasından dünyasını dəyişib, ikincisi isə intihar edib. Üçüncü çağırışçı isə qaraciyər serrozundan evə göndərilərkən dünyasını dəyişib. 

Məlumatı Rusiya Dövlət Dumasının Sverdlovsk vilayətindən olan deputatı Maksim İvanov təsdiqləyib.