Rusiyanın Kamçatka diyarının Baranevski qızıl mədənində qaya uçub.

İqtisadiyyat.az bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, hadisə baş verən zaman mədəndə 50 şaxtaçı olub. Xilasetmə əməliyyatı zamanı onlar təhlükəsiz şəkildə dağıntılar altından çıxarılıb. Lakin bir nəfər ciddi xəsarət alıb. O, həkimlərə təhvil verilib.