“Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti 2026-cı ildə tamamilə pilotsuz qatar dövriyyəyə buraxacaq, 2024-cü ilin yayında isə Moskva Mərkəzi Halqasında qismən pilotsuz qatar işə salınacaq.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə holdinqin başçısı Oleq Belozyorov Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Rusiya” sərgi-forumu çərçivəsində keçirilən “Gələcəyin nəqliyyat sistemi sərnişinin mənafeyi naminə” mövzusuna həsr olunmuş plenar diskussiyada bildirib.

O deyib: “Biz Moskvada, Mərkəzi Halqada bu ilin yayında 3A səviyyəsində pilotsuz idarəetmə qatarını işə salacağıq. Növbəti mərhələdə tamamilə pilotsuz qatarı 2026-cı ildə dövriyyəyə buraxmağı planlaşdırırıq”.