Rusiyanın Sankt-Peterburq şəhərində iki gəmi toqquşub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Sankt-Peterburq sularında gəmilərin toqquşması faktı ilə bağlı araşdırmaya başlayıb.
Hadisə zamanı “Solaris” gəmisi Litoy körpüsü yaxınlığında “Moskva-101” gəzinti gəmisi ilə toqquşub.
Məlumata görə, neft məhsullarının dağılması qeydə alınmayıb. Hadisənin səbəbləri araşdırılır.