Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsilə miqrant axınına nəzarətin sərtləşdirilməsi istiqamətində işləri sürətləndirə bilər.

İqtisadiyyat.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbədən məlumat verilib.

Qeyd olunub ki, miqrant axını terrorizmdən ayrı bir mövzudur və bu mövzuya dövlət qurumları tərəfindən son illərdə sistemli şəkildə toxunulur.

“Söhbət prosesə daha çox təşkilatçılıq əlavə etməkdən, gəlmələrin miqrasiya qanunvericiliyimizə riayət etmələrinə nəzarətin gücləndirilməsindən gedir. “Crocus”da baş verən faciə, görünür, bu işin sürətləndirilməsinə təsir edəcək”, - deyə o qeyd edib.