Rusiyada güclü partlayış baş verib.

İqtisadiyyat.az rus mediasına istinadən xəbər verir ki, hadisə Tula vilayətinin Berezovski kəndində olub. Bildirilir ki, güclü partlayışın təsirindən yaxınlıqdakı evlər silkələnib, hadisə yerində çuxur yaranıb.

Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı rəsmi açıqlama verilməyib.