Rusiyada baş verənlər ölkənin sabitliyi və xammal tədarükü ilə bağlı narahatlıqlar yaratdığı üçün neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin avqust müqaviləsində bir barelin qiyməti 0,32% bahalaşaraq 74,24 ABŞ dolları olub.

"WTI" markalı neftin iyul müqaviləsində bir barelin qiyməti isə 0,42% artaraq 69,44 ABŞ dollarına çatıb.