Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə nəticəsində 40 yaşlı Azərbaycan vətəndaşı həlak olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışan Müşfiq İbrahimov Sankt-Peterburq şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ölüb.

Rusiya mətbuatının yazdığına görə, qəza zamanı iki nəfər dünyasını dəyişib.

M.İbrahimov əslən Quba rayonundandır, ailəlidir, 3 övladı var.