Rusiyada avtomobil hissələrinin qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Avtomobil Sığortaçılar İttifaqı (RSA) məlumat yayıb.

Rusiyada işini tərk edən və ya donduran bir sıra brendlərin mövqeləri üçün qiymət artımı bir anda 50-60 faiz təşkil edib.

Rusiyanı tərk edən ən məşhur və nadir brendlərin avtomobilinin qapıları, kapotları, bamperləri, eləcə də optika və ön şüşələri 60-70 faiz bahalaşıb.

Mütəxəssislərin fikrincə, bu hissələrin analoqu yoxdur və paralel idxal vasitəsilə belə orijinal məhsulların tədarükünü təşkil etmək kifayət qədər çətindir.