Ötən il Rusiyada araq istehsalı 2022-ci illə müqayisədə 4,3% azalaraq 80,4 milyon dekalitr təşkil edib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu dövrdə konyak istehsalı 0,7% artaraq 8,8 milyon dekalitr olub.

Ümumilikdə, ötən il alkoqollu məhsulların istehsalı 191,7 milyon dekalitr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 3,9% azdır.

Ötən il üzüm şərabının istehsalı isə 8,3% azalaraq 29,99 milyon dekalitr təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 56,7 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac olunub. Bu məhsul kateqoriyası üzrə ölkəyə idxalın dəyəri 86,9 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 10,1 milyon dollar çoxdur.

 

Gözəl Həşimova