2023-cü ilin sonunda Rusiyada inflyasiya təxminən altı faiz təşkil edəcək. 

İqtisadiyyat.az-ın "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin maliyyə naziri Anton Siluanov bildirib. 

"Biz Mərkəzi Bankla bütün tədbirləri görəcəyik ki, inflyasiyanın bizim planlaşdırdığımız səviyyəyə enməsi mümkün olsun", - Rusiyanın maliyyə naziri qeyd edib.

Bundan əvvəl pərakəndə bazar ekspertləri Rusiyada inflyasiyasının beş-yeddi faiz olacağını açıqlamışdı. Onların fikrincə, qiymət artımı üçün heç bir ilkin şərt olmasa da, növbəti bir neçə ay ərzində qiymətlər kəskin dalğalanmalar olmadan dəyişəcək.