Rusiya Ukraynada davam edən müharibədə xüsusi təyinatlı döyüşçülərinin 95 faizini itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-ın “Vaşinqton Post” nəşri Pentaqondan sızan sənədlərə əsasən yazıb. Məlumata görə, sözügedən itkilərin bərpası üçün 10 il vaxt lazım olacaq.

Qeyd olunub ki, həmin itkilər Rusiyanın təkcə Ukraynada deyil, digər yerlərdəki döyüş qabiliyyətinə də mənfi təsir göstərəcək. Sənədlərdə Rusiyanın neçə xüsusi təyinatlı əsgərinin öldüyü və yaralandığı qeyd edilməyib.