"2024-cü ildə Rusiya XİN-in diplomatik korpusunun xidmət şöbəsi səfirlik binalarının bərpasına 1 milyard rubldan çox vəsait xərcləmək niyyətindədir".

İqtisadiyyat.az xəbər verir ki, bunu sözügedən şöbənin rəhbəri Vyaçeslav Fatin "RİA Novosti"yə bildirib.

Fatinin sözlərinə görə, ötən il Rusiya Xarici İşlər Nazirliyi bu məqsədlər üçün 760 milyon rubl xərcləyib, bu il isə Rusiyanın Pakistan, Meksika, Argentina və Zambiyadakı səfirliklərinin binalarının bərpası planlaşdırılır. Ötən il Kipr, Suriya və Mərakeş səfirliklərinin binalarının təmirinə başlanılan işlər də davam etdiriləcək.