Qarabağdakı vəziyyətlə bağlı bütün məsələlərin üçtərəfli bəyanat əsasında həll edilməli olduğunu bir daha təsdiqləyirik. Bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın altıncı bəndində qeyd olunan Laçın dəhlizi ilə bağlı məsələyə də aiddir.

Bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyi çıxış edib. 

Rusiya Xarici İşlər Nazirliyi həmçinin bəyan edib ki, regiondakı vəziyyət Rusiyanın diqqət mərkəzində qalmaqda davam edir və bütün məsələlərlə bağlı məsləhətləşmələr aparılır. 

Bəyanatda bildirilir ki, məsələnin həssaslığı nəzərə alınaraq, müzakirələrin və razılaşmaların təfərrüatları müzakirə olunmayacaq.