Avropa Komissiyasının sentyabrın 6-da qəbul etdiyi qərara əsasən, bu gündən etibarən Avropa İttifaqı Şurası Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişinin icrasını tamamilə dayandırıb.

Viza sazişindən imtina ilə bağlı qərarı Avropa İttifaqının daxili işlər və miqrasiya məsələlərinə cavabdeh olan komissarı İlva Yohansson elan etmişdi.

Xatırladaq ki, Rusiya Federasiyası və Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş 2006-cı ildə Soçidə imzalanmışdı.

Öz növbəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib ki, 2022-ci ilin iyul ayının ortalarından etibarən Aİ Rusiya Federasiyası ilə həmsərhəd olan ittifaq ölkələrinə rusların ciddi axınını müşahidə edir.

“Bu isə Avropa dövlətlərin təhlükəsizliyini təhdid edir”, - deyə Aİ-nin ali nümayəndəsi vurğulamışdı.