İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya energetika naziri Sergey Tsivilyev bildirib. 

"O, Azərbaycanın ərazisindən keçəcək," - deyə nazir boru kəmərinin marşrutu barədə sualı cavablandırıb.

Tsivilyev əlavə edib ki, hazırda müzakirələr son mərhələdədir və tərəflər qiymətlərin formalaşdırılması prinsipləri ilə bağlı razılığa gəlirlər.

Nazir əlavə edib ki, ilkin mərhələdə "Qazprom" ilə İran arasında Azərbaycanın ərazisindən qaz tədarükü barədə razılaşma kiçik həcmdə olacaq – illik 2 milyard kubmetrdən bir qədər çox. Bu, texnoloji proseslərin yoxlanması üçün ilk addım olacaq. Gələcəkdə qazın həcmi ildə 55 milyard kubmetrə qədər artırıla bilər.