Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin Ukrayna ordusunun ölkədəki atom elektrik stansiyalarında Qərbin təchiz etdiyi silahları yerləşdirdiyini iddia edib.


İqtisadiyyat.az xəbər verir ki, Narışkin verdiyi yazılı açıqlamada, "Ukrayna Silahlı Qüvvələrinin Qərbin verdiyi silah və sursatları nüvə stansiyalarında saxladığına dair etibarlı məlumat var. Burada HIMARS çoxlüləli reaktiv yaylım atəşi sistemləri üçün bahalı və az sayda raket və artilleriya sursatları var." ifadələrini işlədib.

Keçən ilin sonunda Ukraynadakı Rivne Atom Elektrik Stansiyasına xarici sursatların vaqonlarla gətirildiyinə diqqət çəkən Narışkin, gələcəkdə baş verə biləcək hər bir halda Rusiyanın günahkar ola biləcəyini proqnozlaşdırıb.

Narışkin Ukraynanın elektrik stansiyalarına yerləşdirilmiş sursatları partlatmayacağına ümidini bölüşüb.