Rusiya 2025-ci ilə qədər toyuq ətinə idxal rüsumlarını ləğv edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müvafiq qərar Rusiya hökuməti tərəfindən təsdiq edilib.

“2024-cü il yanvarın 1-dən dekabrın 31-dək Rusiyada 140 min tona qədər dondurulmuş yerli toyuq ətinin idxalına görə gömrük rüsumları ləğv ediləcək”, - sənəddə deyilir.

Bildirilib ki, bu qərar daxili bazarda təklifi artırmaqla məhsulların qiymətlərinin sabit saxlanılmasına yönəlib.

 

Gözəl Həşimova