Yanvarın 1-dən yanvarın 21-dək olan dövrdə Rusiya taxılının ümumi ixracı 24,5% azalaraq 2,6 milyon tona enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Taxıl İttifaqının analitikləri məlumat yayıb.

Məlumata görə, bu müddət ərzində ölkənin buğda tədarükü 29% azalaraq 2,1 milyon tona düşüb. Öz növbəsində, qarğıdalı ixracı isə 32% azalaraq 265 min tona enib.

Qeyd edək ki, ötən il Azərbaycana 303,9 milyon ABŞ dolları dəyərində 1 milyon 175 min ton buğda idxal edilib.

 

Gözəl Həşimova