Rusiyanın Perm regionunda 76 sinif karantinə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya regionu üzrə departamenti məlumat yayıb.

Perm, Berezniki, Solikamsk, eləcə də Kunqur və Krasnokamsk regionlarının məktəbləri karantinə alınan təhsil müəssisələri arasındadır.

Ümumilikdə həftə ərzində SARS və qripə yoluxma halları 16 faiz artıb.

Qeyd edək ki, qrip və SARS-in yayılması təhlükəsi ilə əlaqədar Kalmıkiya Respublikasının Elista şəhərində də karantin tətbiq edilmişdi.

Məhəbbət Məmmədov