Rusiya Qərbin Ukraynaya verdiyi "Abrams" və ya "Leopard 2" tipli tanklardan birini vuran hərbçiyə mükafat verəcək.

İqtisadiyyat.az xəbər verir ki, 5 milyon rubl (təxminən 72 min dollar) mükafatı Rusiyanın FORES şirkəti təqdim edəcək.

Kreml şirkətin təşəbbüsünü dəstəkləyib. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Rusiya hərbçiləri Qərbin Kiyevə tədarük edəcəyi bütün tankları məhv edəcək, lakin mükafat əsgərlər üçün əlavə stimul rolunu oynayacaq.

Qeyd edək ki, ABŞ "Abrams", Almaniya "Leopard 2" tanklarını Ukraynaya göndərməyə qərar verib.