İqtisadiyyat.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Rusiyanın energetika naziri Sergey Tsivilyov bildirib.
Nazirin sözlərinə görə, ilkin mərhələdə ildə 1,8 milyard kubmetr həcmində qaz nəqli planlaşdırılır. Hazırda tərəflər qazın qiyməti ilə bağlı razılıq əldə etməyə çalışırlar.
İranın neft naziri Mohsen Paknecad isə bildirib ki, razılaşma hələ tam yekunlaşdırılmayıb, lakin hər iki tərəf danışıqları tezliklə nəticələndirmək niyyətindədir.
Xatırladaq ki, bu ilin yanvarında tərəflər qazın nəqli marşrutunu razılaşdırıblar. Rusiya Prezidenti Vladimir Putin həmin vaxt qeyd etmişdi ki, ilkin mərhələdə qaz nəqli 2 milyard kubmetrə çata bilər və bu göstəricinin illik 55 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur.