Ötən il Qazaxıstanın Rusiyadan düyü idxalı 4,3 min tondan 17,5 min tona yüksəlib. Bununla da Rusiya Qazaxıstanın əsas düyü tədarükçüsünə çevrilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkənin Rusiyadan düyü idxalı 4 dəfədən çox artıb. Qazaxıstana ən çox düyü ixrac edən ikinci ölkə 4,8 min ton ilə Hindistan olub.

Qeyd edək ki, ötən il Azərbaycan düyü idxalına 50 milyon dollar xərc çəkib.

 

Gözəl Həşimova