“Ukraynaya nə qədər çox uzaqmənzilli silah sistemləri gələcəksə, Rusiya təhlükəni öz sərhədlərindən bir o qədər uzaqlaşdıracaq.”
İqtisadiyyat.az xəbər verir ki, bunu Vladimir Putin Federal Məclisə müraciəti zamanı deyib.
Qeyd edək ki, dövlət başçısı sonuncu dəfə 2021-ci ilin aprelində parlamentdə çıxış edib. O, uzun fasiləni sıx iş qrafiki ilə əlaqələndirib.