Rusiya prezidenti Vladimir Putin amerikalı kinoaktyor Stiven Siqalı “Dostluq” ordeni ilə təltif edib.

İqtisadiyyat.az xəbər verir ki, Putinin imzaladığı qərara əsasən Rusiya Xarici İşlər Nazirliyinin ABŞ və Yaponiya ilə mədəni əlaqələrin xüsusi təmsilçisi və Kino aktyoru Siqala "mədəni əlaqələrin inkişafı" səbəbiylə "Dostluq" ordeni verilməsi uyğun görülüb.

Qeyd edək ki, ABŞ-li kinoaktyor Siqal 2016-cı ildə Rusiya vətəndaşlığı almışdı.