Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan ölkəsinə nüvə silahının göndərilməsi prosesinin başa çatdığını qeyd edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Sankt-Peterburq şəhərində jurnalistlərə açıqlama verib.

"Daşıma artıq sentyabr və ya oktyabrda tamamlanıb. Son göndəriş oktyabrın əvvəlində edilib. Hər şey yerində və yaxşı vəziyyətdədir", - deyə o, bildirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin mart ayında Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini açıqlayıb.

 

Gözəl Həşimova