İyulun 9-da bitən həftədə Rusiya neftinin ixracı əvvəlki dövrlərlə müqayisədə 1 milyon barrel azalaraq gündəlik 2,86 milyon barrelə enib.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu göstərici fevral ayından bəri ən aşağı səviyyədir.

Bu dövrdə ixrac rüsumlarının ümumi həcmi isə 29% azalıb. Eyni zamanda, son 12 həftə ərzində yerli emal həcmi maksimum səviyyəyə yüksəlib.

Əlavə edək ki, bu ilin birinci yarısında Rusiyanın neft və qaz gəlirləri 47% azalaraq 3,38 trilyon rubl təşkil edib.