Rusiya avqust ayında neft ixracını könüllü olaraq gündəlik 500 min barel azaldacaq.

İqtisadiyyat.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, bazarda tarazlıq yaratmaq üçün yanacağın tədarükünü azaltmaq lazımdır.

Dünya bazarlarına neft tədarükü ilə bağlı açıqlamaya paralel olaraq Səudiyyə Ərəbistanı da açıqlama verib. Krallıq neft hasilatının könüllü azaldılmasını avqust ayına qədər gündəlik 1 milyon barel uzatmaq qərarına gəlib.