Rusiyanı tərk edən pərakəndə satıcıların yerini rus brendi olan Gloria Jeans mağazaları tutacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat "Kommersant"ın saytında yer alıb.

Gloria Jeans direktorlar şurasının rəhbəri Vladimir Melnikovun sözlərinə görə, bu il 70 brend mağaza açılıb:

“Xarici dəb brendlərinin getməklə bağlı açıqlamalarından sonra ticarət mərkəzlərinin sahibləri ilə vaxtında dialoqa başlaya bildik”.

Melnikov eyni zamanda qeyd edib ki, şirkət əvvəllər H&M, Zara, Marks & Spencer və Adidas-a məxsus olan pərakəndə satış yerini tutmağı planlaşdırır.

Məhəbbət Məmmədov