Rusiya Litvanın müvəqqəti işlər vəkili Virginiya Umbraseni ölkədən çıxarır.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN açıqlama yayıb.

Diplomat yaxın 5 gün ərzində ölkəni tərk etməlidir.

XİN bu addımın Litvanın Rusiyanın müvəqqəti işlər vəkili Sergey Ryabokonu ölkədən çıxarmasına cavab olduğunu açıqlayıb.