Rusiya prezidenti Vladimir Putin və Oman sultanı Haysham bin Tariq Al Said arasında telefon danışığı olub.
İqtisadiyyat.az TASS-a istinadən bildirir ki, bu barədə Kremildən məlumat verilib. Liderlər danışıq zamanı Rusiya-Oman münasibətlərini, ticarət və iqtisadi əlaqələri müzakirə ediblər. Tərəflər həmçinin Orta Şərqdəki mövcud vəziyyətdən danışıblar.
Qeyd edək ki, diplomatik münasibətlərin qurulmasından sonra bu tərəflər arasında ilk danışıq olub.