“Rusiyaya düşmən olanların mülklərinin müsadirəsi davam edir”.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bunu Krımın qondarma administratoru Sergey Aksenov sosial media hesabında qeyd edib.

O, əlavə edib ki, Simferopolda (Akmescit) bir sıra obyektlər, o cümlədən ekstremist parlamentə məxsus bina Rusiyada qadağan edilib. Həmçinin bildirilib ki, Krım Türkiyə Cümhuriyyətinin mülkiyyətinə keçir.

Bundan əlavə, Aksenov Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya məxsus iqamətgahın da müsadirə olunduğunu demişdi.

2014-cü ildə Krımın Ukraynadan ilhaqından sonra Krım Tatar Türk xalqının lideri Mustafa Abdülcemil Kırmızıoğlu başda olmaqla bir çoxu KTMM üzvü olub.

Daha sonra Krım tatarlarının iradəsini təmsil edən Krım Tatar Milli Məclisi Rusiya məhkəməsi tərəfindən “ekstremist təşkilat” kimi tanınıb və fəaliyyətinə xitam verilib.