Bu gün, avqustun 1-dən Avropa İttifaqında Rusiyadan kömür idxalına embarqo qüvvəyə minir. Bu tədbir 2022-ci il aprelin 7-də qəbul edilən beşinci sanksiyalar paketinə daxil edilib.

Bu barədə Aİ-nin saytında məlumat verilir.

“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin davam etməsini və Rusiya silahlı qüvvələrinin Ukraynada törətdiyi vəhşiliklər barədə məlumatı nəzərə alaraq, Şura Rusiyaya qarşı beşinci iqtisadi və fərdi sanksiyalar paketinin tətbiqi barədə qərar qəbul edib”, - mesajda deyilir.

Razılaşdırılmış paketə Rusiya hökumətinə və iqtisadiyyatına təzyiqin artırılmasına, həmçinin Kremlin aqressiya üçün resurslarının məhdudlaşdırılmasına yönəlmiş bir sıra tədbirlər daxildir.