Rusiya Ukrayna ordusunun Kiyevdə yerləşən elektron kəşfiyyat mərkəzini vurduğunu iddia edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik Xmelnitskidəki Ukrayna ordusuna məxsus xüsusi əməliyyat mərkəzinə də zərbə endirildiyini bildirib.

Ukrayna tərəfi Rusiyanın açıqlamalarına reaksiya verməyib.