Rusiya və Ukrayna arasında ölən hərbçilərin cəsədlərinin yeni mübadiləsi həyata keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şəmsail Saraliev bildirib.

Qeyd edilib ki, Rusiya 121 cəsədi qarşı tərəfə, Ukrayna isə buna cavab olaraq 29 rus əsgərinin cəsədini Rusiyaya təhvil verib.

Xatırladaq ki, iki ölkə arasında sonuncu mübadilə martın 15-də baş tutub. Həmin mübadilə zamanı Ukrayna tərəfinə 100, Rusiya tərəfinə isə 69 hərbçinin cəsədi təhvil verilib.