Belqorod vilayətində rus hərbçilərinə qarşı terror aktları hazırlayan Rusiya vətəndaşı nəzarətə götürülüb. 

İqtisadiyyat.az bu barədə TASS-a istinadən xəbər verir.

“Məhkəmə qanunsuz olaraq partlayıcı qurğular əldə etməkdə təqsirləndirilən Belqorod vilayətinin sakinini terror təşkilatında iştirak etməyə cəhddə, təxribat və terror aktı hazırlamaqda ittiham edərək həbs qərarı verib. Şəxs barəsində 1 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda qeyd olunub.