Rusiya hərbçiləri gecə saatlarında Ukrayna ərazisində özlərinin “Su-34” qırıcı-bombardmançı təyyarələrini vurublar.

Bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, hadisə Ukraynanın Luqansk vilayətinin Alçevsk şəhərində baş verib.

Qeyd edək ki, “Su-34”ün qiyməti 36 milyon dollardır.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri ölkə ərazisində Rusiyanın 220 döyüş təyyarəsini və 188 helikopterini məhv edib.