Rusiya ölkə hüdudlarından kənarda yüklənmiş gəmilərin Kerç boğazından Azov dənizinə keçidini bağlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dəniz İşləri Baş İdarəsindən bildirilib. 

"Rusiya Dəniz Administrasiyasından aldığımız rəsmi bildirişə əsasən, Azov dənizinə keçidi təmin edən Kerç boğazından Rusiya ərazisi xaricindən şimala yüklənmiş gəmilərin keçməsi qadağandır", - deyə məlumatda qeyd olunub.