Rusiya neft və qazının Avropa bazarında ötən il payı 23,3%-ə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Britaniya Energetika İnstitutunun illik hesabatında deyilir.

Məlumata görə, Rusiyadan alınan xam neft Avropanın ümumi idxalının 23,3%-ni (116,9 milyon ton) təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 7,6% bəndi azalıb. Hesabata əsasən, dünya neft ixracında Yaxın Şərq ölkələri liderdir (ümumi ixracın 43 faizi). Bu siyahıda ikinci yeri Rusiya (12 faiz) tutub.

Rusiya tədarüklərinin dünya bazarındakı payı isə 11,5% təşkil edib.