"Rusiya dünyada aclıqla mübarizə aparmaq və ərzaq böhranının qarşısını almaq üçün bütün imkanlarından istifadə edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin BRİKS-in iclasında videokonfrans vasitəsilə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya Afrika ölkələrinin və ümumilikdə dünya bazarlarının ərzaq və gübrə təminatı ilə bağlı məsələlərə xüsusi diqqət yetirir.  Putin bildirib ki, Rusiya maneələrə və sanksiya məhdudiyyətlərinə baxmayaraq, Afrikaya pulsuz taxıl tədarük edir.

 

Gözəl Həşimova